Kulino
Restoran idarəetmə sistemi

Ayın sonunda hesabı görmək gecdir.

Zalda neçə masa açıqdır, mətbəx neçə dəqiqə gecikir, kim neçə ləğv etdi, axşam kassada nə qədər pul olmalıdır — Kulino bunları sabah yox, elə həmin an göstərir.

Demo hesab açıqdır — qeydiyyat və zəng tələb olunmur.
Bu gün
Mərkəz filialı · Cümə
Satış
0,00 ₼
↑ 12% keçən cüməyə görə
11
Açıq masa
52,10
Orta çek, ₼
3
Ləğv edilmiş sətir
6
Növbədə işçi
Ən çox satılan
Quzu sacı23
Lülə kabab19
Ayran41
12
Hazır hesabat
Satışdan ofisiant performansına qədər — hazırlamaq lazım deyil.
5
E-kassa operatoru
AzSmart, NBA, Omnitech, Caspos, OneClick — hansı ilə müqaviləniz varsa.
0
İnternet tələbi
Modem sönsə də zal işləməyə davam edir.
1
Sistem
Kassa, mətbəx, anbar, menyu və hesabat — ayrı proqram yoxdur.
Məhsul

Rəsm deyil — sistemin özü.

Aşağıdakı ekranlar canlı demo hesabından götürülüb. Elə indi açıb eyni ekranları öz telefonunuzda və kompüterinizdə görə bilərsiniz.

Kulino kassa ekranı: solda kateqoriyalar, ortada kabab məhsulları, sağda Masa 4-ün hesabı və ödəniş düymələri
Kassa Solda kateqoriyalar, ortada məhsullar, sağda masanın hesabı. Aşağıda cəmi dörd düymə var — nadir işlənənlər «Daha çox»un altındadır, çünki pik saatda ofisiant düymə axtarmamalıdır.
Satış hesabatı: xalis satış, sifariş sayı, orta çek və ləğvlərin səbəbə görə bölgüsü
Hesabat Xalis satış, orta çek və ləğvlər — səbəbə, işçiyə və məhsula görə ayrılmış. Sağdakı narıncı çərçivə elə bu səhifədə danışdığımız itkidir.
Mətbəx ekranı: üç masa kartı, vaxtı keçən sifariş qırmızı çərçivədə
Mətbəx ekranı Vaxtı keçən sifariş qırmızı çərçivəyə düşür. Mövzu işıqlıdır — mətbəx işıqlı yerdir və ekran uzaqdan oxunmalıdır.
Masalar ekranı: açıq masalar hesab məbləği ilə, boş masalar sakit
Masalar Açıq masa hesabının məbləği ilə görünür, boş masa isə sakit qalır — zalın vəziyyəti bir baxışda oxunur.
Qonağın telefonunda QR menyu: ən çox sifariş edilənlər, kateqoriyalar və qiymətlər
QR menyu Qonağın telefonunda: şəkilli menyu, bonus təklifi və kateqoriyalar. Menyu kassa ilə eyni bazadan işləyir.
Bir axşam

17:50-dən 23:55-ə qədər.

Funksiya siyahısı əvəzinə bir iş axşamı. Hansı anda nə baş verir və sistem orada nə edir — restoranı tanıyan adam üçün ən qısa izah budur.

17:50
Növbə açılır

Kassadakı pul yazıya alınır.

Növbənin başlanğıc məbləği və növbəyə çıxan işçilər qeyd olunur. Gecə kassanı yoxlayanda müqayisə ediləcək rəqəm elə buradan başlayır.

İş qrafiki də sistemdədir: kim nə vaxt gəldi, nə vaxt getdi.

Növbə №412Açıq
Başlanğıc nağd200,00 ₼
AçanRəşad H. · menecer
AMAysel M. TQTural Q. GNGünel N.
19:35
Zal dolur

Bütün masalar bir ekranda.

Hansı masa açıqdır, hesabı nə qədərdir, kim baxır — ofisiant da görür, siz də telefondan görürsünüz.

Masa çağıranda kartın özü yanıb-sönür: zalda gəzən ofisiant ekrana uzaqdan baxır, hərəkət gözdən qaçmır.

Zal6 masa açıq
1
42,00
2
boş
3
118,50
4
çağırır
5
boş
6
64,00
7
78,10
8
rezerv
9
24,00
10
201,00
11
boş
12
boş
20:10
Mətbəx gecikir

Gecikməni qonaqdan əvvəl siz bilirsiniz.

Hər yemək öz stansiyasına düşür və öz saatı ilə gözlənilir. Vaxtı keçən sətir qırmızılaşır.

Ofisiant «indi gəlir» deməzdən əvvəl həqiqətən nə qədər qaldığını görür.

Mətbəx · Sac1 gecikir
Quzu sacı ×2 · Masa 718:42
Lülə kabab ×3 · Masa 1006:15
Dolma · Masa 302:08
Kəndçi salatı · Masa 1hazır
21:20
Endirim istənilir

İcazəsiz ləğv və endirim olmur.

Ofisiantın icazəsi yoxdursa əməliyyat dayanır. Menecer kassada kartı ilə təsdiqləyir — restoranda deyilsə, telefonuna bildiriş gedir.

Kimin istədiyi və kimin icazə verdiyi yan-yana yazılır. Sonradan «mən vermədim» olmur.

Təsdiq tələb olunurGözləyir
ƏməliyyatEndirim 15% · Masa 10
İstəyənAysel M. · ofisiant
Məbləğ−30,15 ₼
TəsdiqlədiRəşad H.
22:40
İnternet kəsilir

Modem sönəndə kassa sönmür.

Sifariş qəbulu, mətbəx çapı və ödəniş davam edir. Bağlantı qayıdanda hər şey öz-özünə yerinə düşür.

Ofisiant heç nəyi təkrar yazmır, heç bir sifariş itmir. Bulud sistemlərinin ən zəif yeri budur — bizdə deyil.

Bağlantı yoxdur4 gözləyir
Masa 7 · sifariş22:41
Masa 3 · nağd ödəniş22:47
Masa 9 · sətir ləğvi22:49
Masa 10 · sifariş22:52
Zal işləyir
23:55
Kassa bağlanır

Nə qədər olmalıdır, nə qədər var.

Sistem gözlənilən məbləği özü hesablayır, kassir sayıb daxil edir. Fərq varsa həmin dəqiqə görünür.

Səhəri gün «yəqin səhv salıblar» söhbəti olmur — rəqəm və vaxt yerindədir.

Növbə №412 bağlanırFərq var
Nağd satış1 940,00 ₼
Kartla satış2 278,50 ₼
Kassada olmalıdır2 140,00 ₼
Kassir saydı2 136,00 ₼
Fərq−4,00 ₼
İtki

Pul çox vaxt oğurlanmır — sadəcə yazılmır.

Restoranda itkinin böyük hissəsi böyük cinayətdən yox, heç yerdə görünməyən kiçik əməliyyatlardan gəlir. Üç ən çox rast gəlinəni:

Birinci

Sifariş verildi, yemək getdi, sətir silindi.

Kassada sətri silmək bir toxunuşdur. Yemək mətbəxdən artıq çıxıbsa, o pul heç bir sənəddə qalmır.

KULİNODA Ləğv üçün icazə lazımdır və səbəb seçilir. Mətbəxə göndərildikdən sonrakı ləğvlər ayrıca yığılır — ay sonunda bir siyahıdır.
İkinci

«Tanışdır, 20% edək.»

Gün ərzində bir neçə belə endirim ayın sonunda ciddi məbləğdir. Amma kim verdi, niyə verdi — cavabı yoxdur.

KULİNODA Endirim icazəyə bağlıdır. İcazəsi olmayan işçi menecerdən təsdiq alır; kimin istədiyi və kimin təsdiqlədiyi yan-yana durur.
Üçüncü

10 kq ət neçə porsiya verməlidir?

Reseptə görə 40. Kassada 34 satılıbsa, qalan 6 porsiyanın harada olduğu sualdır — və bu sual adətən verilmir.

KULİNODA Texnoloji kart nəzəri sərfiyyatı özü hesablayır, inventarizasiya faktiki qalığı göstərir. Fərq təxmin deyil, rəqəmdir.
Hesabatlar

Sualınız var — cavabı hazır durur.

Heç nə qurmaq, filtr yazmaq, Excel-ə köçürmək lazım deyil. Restoran sahibinin adətən verdiyi suallar sistemdə hazır bölmədir.

Bu gün nə qədər satdıq?
Gün, həftə, ay üzrə dövriyyə; nağd və kart ayrı; kanallara görə bölgü.
Satış hesabatı
Hansı ofisiant nə qədər satdı?
Hər ofisiantın dövriyyəsi, orta çeki və xidmət etdiyi masa sayı.
Ofisiant performansı
Neçə sətir ləğv olundu və niyə?
Səbəbə görə qruplaşdırılmış ləğvlər, məbləği və kimin etdiyi ilə.
Ləğvlər · səbəbə görə
Hansı masa daha çox gətirir?
Masa üzrə dövriyyə və dövr sayı — zalı yenidən qurmaq üçün əsl rəqəm.
Masa dövriyyəsi
Nə çox gedir, nə yerində qalır?
Məhsul və kateqoriya üzrə satış sayı — menyudan nəyi çıxarmalı olduğunuz görünür.
Ən çox satılanlar
Vergiyə nə göndərilib?
Fiskal çeklərin jurnalı: hansı çek göndərildi, hansı göndərilmədi.
Fiskal jurnal
QR menyu

Qonağın telefonu ikinci ofisiantınızdır.

Şəkilli menyu, masadan sifariş və ofisiant çağırışı. Menyu kassa ilə eyni bazadan işləyir — iki yerdə menyu saxlamırsınız.

ŞorbalarKabablarSalatlar
Düşbərə7,00
Piti11,00
Toyuq şorbası
bu gün yoxdur
Səbətə əlavə et
Menyu heç vaxt yalan demir Anbarda bitən yemək menyuda da sönür. Qonaq sifariş verib «bağışlayın, qurtarıb» eşitmir.
Masa 7
Quzu sacı
az bişmiş
48,00
Ayran ×26,00
Sifarişi göndər · 54,00 ₼
Qonaq gözləmir Sifariş birbaşa həmin masanın hesabına düşür. Pik saatda ofisiant boşalan kimi masaya gedir, sifariş isə artıq mətbəxdədir.
Xidmət
✓ Ofisiant çağırıldı

Çağırış zal ekranında görünür.

Hesabı istə
Çağırışı ləğv et
Səhvən basılan çağırış ləğv olunur Qonaq fikrini dəyişsə geri götürür — ofisiant boş yerə masaya getmir.
Nə daxildir

Restoranın bütün tərəfi, bir sistemdə.

Baza abunə zalı, menyunu, kassanı və hesabatları əhatə edir. Qalanı lazım olduqca açılır — istifadə etmədiyiniz bölmə ekranınızı da qarışdırmır.

Masa planı və sifarişZalın öz quruluşu, masa köçürmə, hesabı bölmə və birləşdirmə.
Kassa və növbəNağd, kart, qarışıq ödəniş; növbənin açılışı, bağlanışı və fərqi.
E-kassaFiskal çek beş operatordan biri ilə avtomatik göndərilir.
Mətbəx ekranıStansiyalara bölgü, hazırlanma vaxtı, hazır olanın zala bildirilməsi.
AnbarQəbul, silinmə, inventarizasiya, təchizatçı və filiallararası transfer.
Texnoloji kartResept, yarımfabrikat, maya dəyəri və nəzəri/faktiki fərq.
QR menyuŞəkilli menyu, masadan sifariş, ofisiant çağırışı və qonaq rəyi.
ÇatdırılmaWolt, Bolt Food və Yandex Eats sifarişləri birbaşa sistemə düşür.
Call centerTelefon sifarişləri, müştəri tarixçəsi və ünvan yaddaşı.
RezervasiyaMasa rezervi və gözləmə siyahısı.
Müştəri və bonusMüştəri bazası, bonus, endirim kartları və kampaniyalar.
ÇoxfilialFilialların birgə hesabatı, mərkəzi menyu, aralarında transfer.
Web kassa və kioskBrauzerdən satış; qonağın özü sifariş verdiyi ekran.
İşçilər və icazələrİş qrafiki, rollar, hər əməliyyat üçün ayrıca icazə.
Hesabatlar12 hazır bölmə, ixrac və menyu üzrə gəlirlilik analizi.
Mobil tətbiqSahib və menecer üçün: gündəlik rəqəmlər və uzaqdan təsdiq.
Qiymət

Standartdır. Hamı üçün eyni.

«Sizin üçün ayrıca hesablayaq» yoxdur. Başlanğıc qiymət saytda yazılıb və elə ödəyəcəyiniz də odur.

Aylıq abunə
69 ₼/ ay

Bir filial, bir terminal

  • Masa planı, sifariş qəbulu və ödəniş
  • Kassa növbəsi və nağd nəzarəti
  • Menyu, modifikatorlar və qiymətlər
  • İşçi qrafiki, rollar və icazələr
  • 12 hazır hesabat
  • Yeniliklər və dəstək — əlavə ödənişsiz

Əlavələr sadədir

Hər əlavə terminal 19 ₼. Anbar, mətbəx ekranı, QR menyu, çatdırılma kimi bölmələr yalnız lazım olduqda açılır və hər birinin qiyməti aydındır — sonradan meydana çıxan sətir olmur.

Bağlayan şərt yoxdur

İllik müqaviləyə məcbur etmirik. Quraşdırma və məlumatların köçürülməsi barədə birbaşa danışırıq — qiymət kimi, o da gizli deyil.

Əvvəlcə baxın

Demo hesab açıqdır: kassanı, mətbəx ekranını və QR menyunu elə indi, zəng etmədən yoxlaya bilərsiniz.

Başlamaq

Bir axşam sınayın. Fərqi elə həmin gecə görəcəksiniz.

Qeydiyyat, zəng və «sizinlə əlaqə saxlayacağıq» yoxdur. Demo hesab açıqdır — kassanı, mətbəxi və QR menyunu öz telefonunuzda açın.

Telefon
+994 50 979 97 98
E-poçt
info@nmsoft.az
Ünvan
Bakı, Məhəmməd Xiyabani küçəsi 33